AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

17:10 - 01 / 04 / 2016
AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

30 mart 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXVII turunun AZAL – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

30 mart 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXVII turunun “İnter” – “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

30 mart 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXVII turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılışmışdır.

İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul etmişdir:

Oyunun 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Mikayıl Rəhimova sonuncu ümid foluna görə göstərilmiş qırmızı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur  (maddə 19) .

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

29 mart 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Qarabağ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40). Oyunun 40-cı dəqiqəsində “Rəvan” klubunun 33 №-li futbolçusu Sahil Cəfərov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

1news.az

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər