Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsi Moskvada yad olunacaq | 1news.az | Xəbərlər
İdman

Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsi Moskvada yad olunacaq

22:25 - 01 / 04 / 2016
Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsi Moskvada yad olunacaq

Aprelin 30-da Moskvada Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, turnir Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə Moskva Millətlər Evində təşkil olunacaq.

Turnirdə iştirak üçün ərizələrin qəbulu [email protected] ünvanı vasitəsilə aparılır.

Əlavə məlumatı (+7965) 448-03-03 nömrəli telefon vasitəsilə almaq mümkündür.

1news.az

Paylaş:
766

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər