“Qalatasaray” prezidenti “Dinamo” ilə oyunda iştirak edə bilmədi
Qadın voleybolçular arasında CEV kubokunun final mərhələsi üçün Rusiyaya yollanan “Qalatasaray” ciddi problemlə üzləşib.
1news.az APA-ya istinadən xəbər verir ki, şimal qonşularımız “Dinamo” ilə qarşılaşmaq üçün Krasnodara gəlməli olan “sarı-qırmızı”lara limit tətbiq ediblər.
Belə ki, komandaya cəmi 30 viza verilməsi qərara alınıb. Sonradan isə “Qalatasaray”ın prezidenti Dursun Özbək və klub rəsmiləri də həlledici oyunu canlı izləmək istəyinə düşsə də, ruslar onların arzusunun üstündən xətt çəkiblər. Nəticədə komanda rəhbəri Krasnodara yollana bilməyib.
Rusiya tərəfi bunu yeni viza aça bilməməkləri ilə əsaslandırıb.
Qeyd edək ki, Türkiyədə baş tutan matçda “Qalatasaray” 3:2 hesabı ilə qalib gəlib. Oyundan sonra azarkeşlərlə “Dinamo” voleybolçuları arasında gərginlik də yaşanıb və Krasnodar təmsilçisi CEV-ə şikayət edib. Cavab matçı isə aprelin 2-də olacaq.
1news.az