Dövlət çevrilişinə cəhd zamanı Türkiyəyə dəyən ziyanın məbləği açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Dövlət çevrilişinə cəhd zamanı Türkiyəyə dəyən ziyanın məbləği açıqlandı

18:40 - 02 / 08 / 2016
Dövlət çevrilişinə cəhd zamanı Türkiyəyə dəyən ziyanın məbləği açıqlandı

15 iyul Türkiyədə çevrilişə cəhd aktı ölkənin iqtisadiyyatına 300 milyard lirə (157 milyard manat) ziyan vurub.

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət və gömrük naziri Bülənt Tüfənkçi açıqlama verib.

O qeyd edib ki, iş dünyası əzmkarlıq nümayiş etdirib:

“Millətə təşəkkür etmək lazımdır. Çevrilişə cəhd başqa ölkələrdə olsaydı, bazarlar bir həftədən tez açılmazdı. Türkiyədə cümə günü çevrilişə cəhd baş verdi, bazar ertəsi, banklar, birjalar, məhsul bazarları, ticarət mərkəzləri açıldı. Faizlər fövqəladə artmadı. Birja məhdud düşdü. Böyümə nisbətini və ya ixrac rəqəmlərini revize etməyə ehtiyac yoxdur. Millət möhkəm dayandı. Bazar ertəsi günündən etibarən 10 milyard dollar banka yatırdıldı. Bu da dolların normal məzənnədə qalmasına səbəb oldu”.

İlkin hesabalamalara əsasən çevriliş cəhdinin ölkə iqtisadiyyatına 300 milyard lirəyə başa gəldiyini vurğulayan Tüfəngçi deyib ki, döyüş təyyarələri, helikopterlər, silahlar, bombalar 300 milyard lirə edir:

“Bəlkə az  deyirəm, bu rəqəm arta da bilər. Yaxın günlərdə bütün dəymiş ziyan ortaya çıxacaq. Məsələn, xaricdən sifarişlər ləğv olundu. Adamlar Türkiyəyə gələ bilmədi. Çünki çevrilişə cəhd edənlər Türkiyəni üçüncü dünya ölkəsi səviyyəsinə saldılar. Küçələrdə tankların olduğunu, məclisin bombalandığını görəndən sonra kim bura gələr? Bütün bunların xərci yaxın zamanlarda hesablanacaq”.

Nazir turizm şirkətlərindən anlayış gözlədiklərini də deyib:

“Onlar da çətin dövr keçirirlər. Amma, bu dövrdə zadəgan duruşu sərgiləyən millətə qarşı onlardan da zadəgan bir duruş sərgiləmələrini gözləyirik. Sektor çətin vəziyyətdədir. Terror hadisələri, Rusiya böhranı, çevrilişə cəhd 1 milyon rezervasiyanı ləğv edib. Amma bundan sonra turizm sektoru da özünə gələcək”.

1news.az

Paylaş:
587

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər