Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib – FOTO

13:27 - 31 / 08 / 2016
Prezident İlham Əliyev Gürcüstanın baş nazirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Qonağı salamlayan Prezident İlham Əliyev dedi:

“Xoş gəlmisiniz. Sizi görməyə şadam. Siz Azərbaycanda tez-tez olmusunuz. İndi Baş nazir kimi səfər edirsiniz. Mən çox şadam. Əminəm ki, bu səfər gələcəkdə münasibətlərimizin möhkəmlənməsinə xidmət edəcək. Münasibətlərimiz tarixə, qardaşlığa, xalqlarımızın yaxın qonşuluğuna əsaslanır.

Bu gün biz bütün sahələr üzrə - siyasi sahədə, iqtisadi sahədə fəal dialoq aparırıq. Bizi uğurla inkişaf edən, ölkələrimizə və xalqlarımıza fayda gətirən həm nəqliyyat, həm də energetika sahələrində layihələr birləşdirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından çox məmnunuq. Əminəm ki, Sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək. Bizi tarix, coğrafiya, maraqların üst-üstə düşməsi və mənim artıq qeyd etdiyim kimi, iri transmilli energetika, nəqliyyat layihələri birləşdirir. Bu layihələrin reallaşmasından, uğurlu fəaliyyətindən ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır. Bir daha xoş gəlmisiniz”.

x x x

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili dedi:

“Çox sağ olun cənab Prezident. Sizi görməyimə çox şadam. Mən həqiqətən qardaş ölkədə olmaqdan çox şadam. Xalqlarımızı çoxəsrlik dostluq bağlayır. Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan və xalqlarımız arasında gələcək dostluğun möhkəmləndirilməsinə xidmət edən dostluq, strateji, regional, qlobal xarakterli layihələr bağlayır. Çox sağ olun”.

x x x

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin şərəfinə işçi nahar verilib.

Paylaş:
1036

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər