Referendumla bağlı "exit-poll"un ilk nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Referendumla bağlı "exit-poll"un ilk nəticələri açıqlanıb

19:41 - 26 / 09 / 2016
Referendumla bağlı "exit-poll"un ilk nəticələri açıqlanıb

26 sentyabr 2016-cı il tarixdə Fransanın “Opinion Way” təşkilatının texniki dəstəyi ilə “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda keçirilmiş ümumxalq səsvermə (Referendum) zamanı səs verənlərin sorğusunu (“exit-poll”) keçirilib.  

“Exit-poll” 17 qrup rəhbəri və 304 (hər məntəqədə 2 müsahibəçi) müsahibəçidən ibarət işçi heyətinin gücü ilə respublikasının 118 seçki dairəsində 152 seçki məntəqəsində saat 8:00-dən 19:00-dək keçirilib. Gün ərzində saat 12:00, 15:00, 17:00 və19:00-da olmaqla 4 dəfə məlumatlar qrup rəhbərləri tərəfindən mərkəzi ofisə ötürülüb.

Müəyyən olunmuş metodologiyaya əsasən əvvəlcədən hesablanmış seçmə addımına müvafiq olaraq ümumilikdə 12 000-dən artıq səsverən sorğuya cəlb edilmişdir.

Referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılmış və hər bir blok üzrə nəticələr aşağıdakı kimidir:

Blok

1. Təhlükəsizliyin və müdafiənin təmin edilməsiilə bağlı təkliflər - 89,3 10,7

2. İcra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflər - 88,9 11,1

3. İnsan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflər - 90,1 9,9

4. Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflər - 88,8 11,2

Tədqiqat nəticəsində toplanmış məlumatların təhlili 26 sentyabr 2016-cı il tarixdə Azərbaycanda keçirilmiş ümumxalq səsvermə (Referendum) zamanı ümumi seçici fəallığının 66,8 % təşkil etdiyi müəyyən edilib.

1news.az

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər