Gələcəyə səs verdik - SƏBƏB və NƏTİCƏLƏR | 1news.az | Xəbərlər
Siyasət

Gələcəyə səs verdik - SƏBƏB və NƏTİCƏLƏR

10:35 - 27 / 09 / 2016
Gələcəyə səs verdik - SƏBƏB və NƏTİCƏLƏR

Dünən Azərbaycanda yeni ümummilli plebissit keçirildi, ölkə Konstitusiyasına əlavələr və dəyişikliklər qəbul olundu

1995-ci ildə qəbul olunan, 2002-ci və 2009-cu illərdə əlavələrlə dəyişikliklər edilən Kontitusiyanın yenilənməsi zərurəti son 7 il ərzində ölkənin həyatında, vətəndaşların yaşamlarında baş verən dəyişkiliklərlə bağlıdır. Bundan başqa, Azərbaycanın yerləşdiyi regionda və dünyada gedən siyasi, iqtisadi və geosiysi proseslər də bəhs etdiyimiz Konstitusiyaya dəyişiklikləri qaçılmaz edirdi.

Referendum aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun 6 yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr və dəyişikliklər insan haqlarının və azadlıqların müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini; effektiv və çevik dövlət idarəçiliyi mexanizminin formalaşmasını; həyata keçirilən iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyi, cəmiyyətdə sabitlik üçün əlavə təminatlar yaradılmasını nəzərdə tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.

Dəyişikliklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Sənəddə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur. Təklifə əsasən, onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılaşdırmalı deyil.

Bundan əlavə olaraq, prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edir.

Bütün bunlar heç bir halda dövlət başçısının mövqelərinin daha da möhkəməndirilməsi ilə bağlı deyil və bəhs etdiyimiz məcradakı iddialar absurddur.

Ən azı, ona görə ki, Azərbaycanın çağdaş siyasi landşaftında dövlət başçısı İlham Əliyevə hansısa formada, səviyyədə və ya potensialda rəqib sayıla biləcək siyasətçi yoxdur. Olan xalqın adından danışmağı çox sevən, vətəndaşların rifahını və yaşamını düşündüklərini iddia edən siyasət dəllalları ilə tarixin zibilliyinə çoxdan atılan, fəqət hələ bunu anlamayan siyasi mumiyalardır. Onlar son 25 ildə kim olduqlarını, nə bacardıqlarını (daha doğrusu, heç nə bacarmadıqlarını), siyasəti bitmək bilməyən primitiv intriqalar və ambisiyaların təminatı vasitəsi qismində dərk etdiklərini, lakin bu dərrakə formatının müasir dünya geosiyasətindəki çağırışları "həzm etmək" gücündə olmadığını nümayiş etdirdilər.

Dövlət başçısının hakimiyyəti gücləndirməyə əsla ehtiyacı yoxdur və belə zərurət də yaranmayıb. Səbəb olduqca sadədir: İlham Əliyevin yürütdüyü siyasəti xalq dəstəkləyir və istənilən sorğular, rəy araşdırmaları prezidentin reytinqinin yüksək olduğunu göstərər. İlham Əliyev istənilən seçkidə çox böyük dəstəklə, səslə qələbə qazanıb və situasiya indi də belədir.

Konstitusiyaya əlavələr və dəyişikliklər Azərbaycanın siyasi idarəetmə sistemində innovasiyaları, zamanın diqtə etdiyi tələblərin reallaşmasını, ölkəmizin üzləşdiyi çağırışlara adekvat cavabı və dövlətçiliyin inkişafında yeni mərhələni ehtiva edir.

Prezidentin səlahiyyət müddətinin artırılması...

Referendumda vətəndaşların seçiminə təqdim olunan məsələlərdən biri də Azərbaycan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması idi.

Bu, istək yox, zərurətdir, çünki Azərbaycan təki çox mürəkkəb geosiyasi coğrafiyada yerləşən, bütün təzyiqlərə və pressinqlərə, hətta daxili işlərə kobud müdaxilə cəhdlərinə rəğmən gerçəkdən də müstəqil xarici siyasət yürüdərək suverenliyini qoruyan, dövlətçiliyindən kimsəyə pay vermək niyyətində olmayan ölkə üçün dövlət başçısı postuna seçilmiş şəxsin fəaliyyət proqramını həyata keçirməsi üçün 5 il yetərli deyil. 7 illik müddət vətəndaşlardan idarəetmə mandatı alan, xarici və daxili siyasəti müəyyənləşdirən ölkə rəhbəri üçün artıq yetərli zaman deyil. Xalqın dəstəklədiyi fəaliyyət proqramını reallaşdırmaq, taktiki və strateji məsələləri həll etmək üçün 7 illik müddət gərəkli imkanlar yaradır.

Yaş senzi və vitse-prezidentlik: zamanın zəruri tələbi

Konstitusiyaya edilən əlavə və dəyişikliklər arasında millət vəkili ilə prezident seçkilərində namizədlərin üzləşdikləri mövcud yaş senzinin aradan qaldırılması da var. Artıq Azərbaycanda 18 yaşı tamam olmuş şəxslər parlament və prezident seçkilərinə qatıla bilərlər.

Senzin aradan qaldırılması, gənclər qarşısında durmuş bu məhdudiyyətin ləğvi bilik və potensialı ilə cəmiyyətdə tanınan şəxslərin imkanlarından daha effektiv istifadə olunması zərurəti ilə bağlıdır.

Bundan başqa, Azərbaycan beynəlxalq praktikadan və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanır. Məsələn, Kanada, Fransa, Hollandiya, Çexiya, Finlandiya, Norveç, Sinqapur, Malayziya, Yaponiya, İtaliya və s. ölkələrdə seçkili vəzifələr üçün yaş senzi namizədlər qarşısında duran dəf olunmaz maneə sayılmır. Nədən ki, seçkili vəzifələr üçün aşağı yaş senzinin aradan qaldırılması vətəndaşın öz potensialını reallaşdırmasına imkan verən amillərdən biri, gənclərin siyasi fəallığını dəstəkləyən və stimullaşdıran amil  qismində qəbul olunur.

Onu da unutmayaq ki, Konstitusiyaya yaş senzi ilə bağlı edilmiş dəyişikliyi primitivləşdirməyə, mahiyyətini saxtalaşdıraraq təqdim etməyə çalışanların iddiaları tamamən əsassızdır. Yaş senzinin 18-ə salınması heç də ölkədə 18-20 yaşlı gənclərin kütləvi şəkildə dövlət vəzifələrinə təyinatı demək deyil: belə təyinatlarda və seçimlərdə ali təhsil, təcrübə və s. kimi məhdudiyyətlər var.

Vitse-prezidentlik postunun yaradılmasına gəldikdə isə, müəyyən, bəlli sahələrin vitse-prezident səviyyəsində nəzarətə götürülməsi Azərbaycanda dövlət idarəetmə mexanizmini daha da çevikləşdirəcək, dövlət başçısının göstərişləri ilə Milli Məclisin qəbul etdiyi qanunların reallaşdırılmasını daha da sürətləndirəcək. Bu isə prezidentin müvafiq tapşırıqlarından sonra bir neçə istiqamətə rəhbərlik edəcək insanlardan ibarət korpusun yaranması deməkdir.

Dövlət idarəetmə sisteminin səmərəsinin artırılması, çevik mexanizmlərin formalaşması, hakimiyyət vertikalının daha da gücləndirilməsi, qanunların, qanunverici aktların və fərmanların həyata keçirilməsi, icra prosesinin möhkəmlənməsi, bütün bunları təmin edəcək operativ və effektiv sistemin yaradılması vitse-prezidentlik postunun təsisatını labüd edirdi.

Dəyişikliklər dövlətin həyat fəaliyyətinin müxtəlif sahələrinə cavabdeh olan birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis olunmasını nəzərdə tutur ki, bu yeni idarəetmə təsisatı  prezident idarəçilik formasının müasir çağırışlara adekvat reaksiyasını təmin edəcək, fövqəladə vəziyyətlərdə və problematik hallarda dövlətin idarəetmə mexanizminin maksimal səviyyədə optimal çalışması, gərəkli optimallığı üçün zəmin yaradacaq.

Bütün bunlarla yanaşı, birinci vitse-prezident və vitse-prezidentlər postlarının təsis olunması ölkədəki siyasi, iqtisadi və sosial islahatların miqyasının daha da artırılaraq onların genişləndirilməsini, habelə dövlət başçısının səlahiyyətlərinin icraçı mexanizmlərini konkret bəlirləyir, idarəetmə sistemini ehtimal edilə biləcək risklərdən qoruyur.

Müşahidəçilər dedilər ki...

Referendumun gedişatını izləmiş beynəlxalq müşahidəçilər qruplarının açıqlamalarına görə, proses demokratik, şəffaf keçib, seçicilərin yüksək fəallığı müşahidə olunub.

Müşahidəçilər onu da vurğulayırlar ki, referendum ölkə qanunvericiliyinin tələblərinə tam uyğun və yüksək səviyyədə keçirilib. Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya Mərkəzinin, habelə dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti müsbət dəyərləndirilib. Yerli müşahidəçilərlə yanaşı, beynəlxalq ekspertlərin bəyanatlarında o da bildirilir ki, referendumda səsvermə, prosesin təşkili, ən başlıcası isə səslərin sayılması beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təşkil olunub.

Səsvermənin nəticələrinə hər hansı formada təsir eə biləcək ciddi qanun pozuntuları da qeydə alınmayıb.

Son aylarda Azərbaycana qarşı aşkar qərəzli mövqe tutan, insinuasiyalarla uydurmaları "gerçək" kimi qələmə verməyə çalışan, Bakını sürəkli hədəfə alan media orqanları istisna olmaqla xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycandakı referendum diqqət məprkəzində olub: telekanallar, xəbər saytları və informasyia agentliklərinin yaydıqları məlumatların ümumi məğzi Azərbaycandakı referendumun yüksək səviyyədə keçirilməsi ilə bağlıdır.

Xaricdən aldığı əmrlər və göstərişlərlə idarə olunan, merkantil maraqlarını xalqın və dövlətini mənafeyindən üstün tutan bəlli müxalifət "lider"ləri ilə funksionerlərinin saxtakarlıqları, siyasi manipulyasiyaları da təbii ki, davam edib. Onlar həmişəki kimi, dezinformasiyalar yaymaqla məşğuldur və indi də reallığı qəbul etmir, qapıldıqları illüziyaları tərəfdarlarına son, absolyut həqiqət kimi təqdim edirlər.

Elə həmin dünya təcrübəsinə əsasən...

Azərbaycan Konstitusiyasına əlavələr və dəyişiklikləri tənqid edənləri iki yerə bölmək olar: siyasi və hüquqi savadları ilə erudisiyaları yetərincə olmayanlar, bir də alınan sifarişi yerinə yetirərək qərəzli, destruktiv mövqe tutanlar.

Bu şəxslər artıq anlamalıdırlar ki, Konstitusiya mətni səmavi kitab deyil: çağdaş dünyada ölkələrin ali qanununa dəyişikliklərlə əlavələr adidən adi haldır.

Məsələn, Rusiya Konstitusiyasına indiyədək 63 əlavə və dəyişiklik edilibsə, ABŞ-da bu rəqəm 1789-cu ildən bəri 27-yə bərabərdir. Kanadada Konstitusiyaya edilmiş 10 dəyişiklik ümumiyyətlə ümumxalq referendumuna çıxarılmayıb və əyalət senatları səviyyəsində qəbul olunub.

Azərbaycanda radikal müxalifət liderlərinin bir parasının mövqelərindəki marazm o səviyyəyə çatır ki, "İsrail və Britaniya kimi demokratik ölkələrdə Konstitusiyalara əlavələrlə dəyişikliklər çox nadir haldır" deyirlər.

İsraillə Britaniya "kodifikasiya edilməmiş Konstitusiyaya malik" ölkələr sayılırlar: yəni nə İsraildə, nə də Britaniyada ölkənin ali qanunu adlandırıla biləcək sənəd, Konstitusiya yoxdur. Bundan başqa, Konstitusiyaya şamil ediləcək sənədlər toplusu da mövcud deyil.

Britaniya məhkəmə presedentlərinə əsaslanan anqlo-sakson hüquq sistemidir və bu səbəbdən ölkənin "Konstitusiya" adlana biləcək sənədlər toplusu statut hüququ (Statute Law); ümumi hüquq (Common Law) və konstitusional anlaşmalara (Constitutional conventions) söykənir.

İsrailə gəldikdə isə, ölkə Knessetinin (parlament) ilk çağırışında, 1949-cu ilin yanvarın 25-də Konstitusiya layihəsi müzakirəyə çıxarılsa da, indiyədək qəbul olunmayıb, təsdiqlənməyib.

İsrail hazırda "11 əsas qanun" adlı toplu əsasında idarə olunur. Yəni bu ölkələrin ümumiyyətlə, konstitusiyaları yoxdursa, olmayan ali qanuna necə "çox nadir hallarda dəyişikliklər edilir" - məlum deyil.

Fransada ümumiyyətlə 5 dəfə Konstitusiya qəbul edilərək təsdiqlənib və bu səbəbdən də Fransa özünü "Beşinci Respublika" adlandırır.

Dünya ölkələri arasında özlərini parlament və prezident respublikaları adlandıran çox ölkələr var. Qonşu Ermənistanda da parlament üsul-idarəsinə keçid adı altında prezident Serj Sarkisyan hakimiyyətdə qalmaq üçün zəmin yaratmaqla məşğuldur. Yəni hər hansı idarəetmə modeli, qanunlar toplusu və ya məcmusu ideal variant, standart sayıla bilməz və sayılmamalıdır, Azərbaycan öz dövlətçilik təcrübəsinə və realllıqlara əsaslanaraq inkişaf etməli, bu zaman ölkənin mənafeləri və xalqın maraqları nəzərə alınmalıdır.

Azərbaycan həddən artıq gərgin geosiyasi situasiyada yeni çağırışlarla qarşılaşdığından Konstitusiyaya əlavələr və dəyişikliklər də zəruri idi.

Gerçəklik budur ki, Azərbaycanda vətəndaşlar sadəcə, Konstitusiyaya əlavələrə və dəyişikliklərə yox, dünyəvi, demokratik, hüquq dövləti prinsiplərinin güclü olduğu gələcəyə səs verdilər.

Belə seçimin əhəmiyyəti isə göz qarşısındadır.

Milli.az

Paylaş:
627

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər