Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri ilə görüşüb

18:16 - 29 / 09 / 2016
Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisiya Ximenezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata əsasən, görüş zamanı tərəflər Azərbaycan və Argentina arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi apardılar. Siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əzmlərini ifadə etdilər.

Xanım Patrisiya Ximenez Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirdi. O, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi üçün ideal məkan olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov müasir aktual problemlərin birgə səylərlə həll olunması, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu elmi-siyasi platforma kimi Bakı Humanitar Forumunun əhəmiyyəti haqda danışaraq, forumda daha çox müraciət olunan müxtəlif sivilizasiyalar, mədəniyyətlət və dini konfessiyalar arasında dinc birgə yaşama, multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi kimi məsələlərdə Azərbaycanın dünyaya nümunə olduğunu qeyd etdi.

Görüşdə həmçinin dini zəmində baş verən münaqişələr, terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olundu.

1news.az

Paylaş:
616

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər