Oqtay Əsədov Avropa parlamenti ilə münasibətlərin bərpası haqqında | 1news.az | Xəbərlər
Siyasət

Oqtay Əsədov Avropa parlamenti ilə münasibətlərin bərpası haqqında

13:16 - 30 / 09 / 2016
Oqtay Əsədov Avropa parlamenti ilə münasibətlərin bərpası haqqında

Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum demokratik və şəffaf keçib.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Milli Məclsinin payız sessiyasının açılışında parlamentin spikeri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, referendum ölkə rəhbərliyinin uzaqgörən siyasətinin xalq tərəfindən dəstəkləndiyini nümayiş etdirib.

“Prosessi həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyiblər”, - deyə o bildirib.

Spiker həmçinin Azərbaycan və Avropa Parlamenti arasında münasibətlərə də toxunub.

“Ötən il Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib və bundan sonar ölkəmiz bu qurumla əməkdaşlığını dayandırıb. Avroparlament tərəfində münasibətlərin bərpası üçün çoxlu səy göstərilib. Bu yaxınlarda Avropa Parlamentinin deleqasiyası Azərbaycana səfər edərək dövlət başçısı İlham Əlieyvlə görüşüb”, - deyə O.Əsədov əlavə edib.

Oqtay Əsədov bu iclasda “Avroparlament və Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələlərinə” dair sənəd müzakirə olunacaq.

“Münasibətlərin bərpası təqdirində neqativ hallar yolverilməzdir”, - deyə o, bildirib.

1news.az

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər