Qətərin yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
Qətərin Azərbaycanda yeni təyin olunmuş səfiri Yusif bin Həsən Yusif əl-Sai etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, turizm sahəsində uğurlu əməkdaşlıq imkanları müzakirə edilib.
Səfir Yusif bin Həsən Yusif əl-Sai diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
1news.az
528