Elmar Məmmədyarov İranın yeni səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İranın yeni səfirini qəbul edib

20:12 - 30 / 09 / 2016
Elmar Məmmədyarov İranın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadəni qəbul edib.

1news.az-ın məlumatına görə, səfir C.Cahangirzadə etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Cavad Cahangirzadəni ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edən E.Məmmədyarov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə son illər ərzində Azərbaycan və İran dövlət başçılarının çoxsaylı görüşlərinin və şəxsi dostluq münasibətlərinin ölkələrimiz arasında hərtətəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etməsindən məmnunluq ifadə edilib.

Azərbaycan-İran-Rusiya dövlət başçılarının bu ilin avqustunda Bakıda keçirilmiş üçtərəfli görüşünün əhəmiyyəti vurğulanıb və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji xarakter daşıdığı qeyd olunaraq, regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.

1news.az

 

Paylaş:
715

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər