Kerri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib:
“Müasir dünyada Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl liderlər buna hazır deyillər. Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil. Bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür. Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”.
1news.az
784