Aslan Aslanov: “Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Aslan Aslanov: “Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır”

12:15 - 30 / 09 / 2016
Aslan Aslanov: “Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır”

Bugünkü “dəyirmi masa”mızda dünyanın 50-dək ölkəsindən 80-dən çox nümayəndə iştirak edir. Onların böyük əksəriyyəti xarici informasiya agentliklərinin, radio, televiziyaların rəhbərləri və təmsilçiləridir.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunda “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda keçirilən dəyirmi masa barədə məlumat verən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib.

Forumda aparılan diskussiyalara dünyanın siyasət adamlarının da maraq göstərdiklərini deyən baş direktorun sözlərinə görə, bu “dəyirmi masa”ya Xorvatiyanın iki sabiq prezidenti, Argentina Parlamentinin vitse-prezidenti, UNESCO-nun baş direktorunun birinci müavini də təşrif buyurub və onlar KİV-lə bağlı fikirlərini bölüşmək istəyirlər.

A.Aslanov jurnalistikanin informasiya dövrünə transformasiyasının müasir dövrün çox aktual mövzularından biri olduğunu və buna görə də V Bakı Beynəlxalq Humanitar Forumunun bu “dəyirmi masa”sında üç sessiyanın nəzərdə tutulduğunu vurğulayıb.

“Birinci sessiyada informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması məsələsi müzakirə olunacaq. Digər sessiyalarda mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoqun təmin olunmasında mətbuatın rolu barədə müzakirələr aparılacaq. Daha bir mövzu isə virtual jurnalistikanın, bütövlükdə sosial medianın əsas problemləri ilə bağlıdır. Hər üç sessiyada ciddi diskussiyalar gedəcəyi gözlənilir”, - deyə baş direktor bildirib.

Hazırda ənənəvi jurnalistika ilə internet jurnalistikası arasında qızğın rəqabət getdiyini diqqətə çatdıran A.Aslanov qeyd edib ki, bu məsələlər təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən problemlərdir. Necə deyərlər, dünya jurnalistikasının trendlərini müəyyənləşdirən məsələlərdir. Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır. Bir daha qeyd etmək istərdim ki, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusuna həsr olunmuş bu “dəyirmi masa” dünya mediası üçün önəmli platformadır.

1news.az

 

Paylaş:
597

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər