Milli Məclisin payız sessiyasında ilk iclası başlayıb
Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının ilk plenar iclası başlayıb.
1news.az-ın məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, iclasın gündəliyinə 31 məsələ daxildir.
Bu sıraya “Meliorasiya və irriqasiya haqqında”, “Mühasibat uçotu haqqında”, “Poçt haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Aviasiya haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarına əlavə və dəyişikliklərdir.
Bundan başqa, iclasda Azərbaycan hökumətinin bir sıra dövlətlərlə imzaladığı sazişlərin təsdiq edilməsi və s. daxildir.
1news.az
689