Yevda Abramov: İsrail Azərbaycanı uzunmənzilli silahlarla təmin edəcək | 1news.az | Xəbərlər
Siyasət

Yevda Abramov: İsrail Azərbaycanı uzunmənzilli silahlarla təmin edəcək

17:03 - 03 / 10 / 2016
Yevda Abramov: İsrail Azərbaycanı uzunmənzilli silahlarla təmin edəcək

Ermənistanda “İsgəndər M” raketi yoxdur. Rusiya bu cür silahları hələ ki satışa çıxarmayıb.

1news.az-ın verdiyi məlumata əsasən, bu haqda Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib.

“BMT-nin Silahlara Nəzarət Komissiyasının qaydalarına əsasən, istehsalçı ölkə digər ölkəyə 300 kilometrdən çox məsafəni qət edə bilən ballistik raket sata bilməz. “İsgəndər M” kompleksində isə bu göstərici 500 kilometrə yaxındır. Əgər Rusiya bu silahı satsa idi komissiyanın siyahısına düşərdi”, - deyə deputat bildirib.

Onun fikrincə, Rusiya bu raket kompleksini Ermənistanın Gümrü şəhərində yerləşən bazasına yerləşdirib.

“Bununla yanaşı, Azərbaycanda “İsgəndər M”-dən daha güclü silahlar var. Həmçinin bu yaxınlarda İsrail Azərbaycana bu raketləri göydə məhv etmək gücünə malik olan hava hücumundan müdafiə sistemi verəcək. Bu sistemlər artıq göndərilmək üçün hazırdır. Müdafiənin adı “dəmir dəbilqədir”. Bu sistem tor kimi raketi göydə hədəfləyir və onun yerə düşməsinə belə imkan vermir”, - deyə Yevda Abramov davam edib.

O, yaxın vaxtlarda Azərbaycan ordusunun İsrailin strateji müasir silah növləri ilə təmin olunacağını da əlavə edib.

“Bunların hərbi sirr anlayışına daxil olduğu üçün mən açıq danışmıram. Onu əlavə etmək istərdim ki, “dəmir dəbilqə” erməniləri vahiməyə salacaq”, - deyə Yevda Abramov vurğulayıb.

1news.az

Paylaş:
3524

Son xəbərlər

MN: Ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi müəyyən edilibBu gün, 17:20Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaqBu gün, 16:59Yuxarı Şirvan kanalından meyit tapıldı -YENİLƏNİBBu gün, 16:39Güclü geomaqnit qasırğası müşahidə olunurBu gün, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26
Bütün xəbərlər

Next TV