İspaniya mətbuatı: Azərbaycanda olan dinlərarası harmoniya dünyaya nümunədir
İspaniyanın ABC.ES portalı Roma Papası Fransiskin Azərbaycana səfərindən yazır.
"Roma Papası Azərbaycandakı 500 katolik üçün dua mərasimi keçirib" başlıqlı geniş məqalədə ölkəmiz haqqında məlumat verilərək bildirilir ki, Azərbaycan əhalisinin 62 faizi şiə, 26 faizi sünni müsəlmanlardan, 12 faizi pravoslav xristianlardan ibarətdir. Katoliklər, lüteranlar və yəhudilər də azlıq olaraq mövcuddurlar və ölkədəki dinlər arasındakı harmoniya dünyaya nümunədir”.
Yazıda dünya katoliklərinin liderinin Bakıya 10 saatlıq səfəri geniş işıqlandırılıb. Onun Prezident İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə keçirdiyi görüşlər haqqında məlumat verilib.
AZƏRTAC
586