İnara Murnietse: “Latviya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” | 1news.az | Xəbərlər
Siyasət

İnara Murnietse: “Latviya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

22:08 - 03 / 10 / 2016
İnara Murnietse: “Latviya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri İnara Murnietse ilə görüşüb.

1news.az-ın məlumatına görə, söhbət zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri ətraflı müzakirə olunub.

Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə toxunulub.

Xanım İMurnietse Latviya parlamentində Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin çox fəal olduqlarını qeyd edib. O, Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını ifadə edib, nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan son danışıqlar barədə ətraflı məlumat verib, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğulayıb.

Latviya Seyminin sədri ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirib.

Nazir Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. O, həmçinin Latviya parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair Bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlığa, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
632

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər