Novruz Məmmədov: ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir

18:53 - 04 / 10 / 2016
Novruz Məmmədov: ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib:

“Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinə onlar səbəbkardırlar. Bayerin müsahibəsindən görünür ki, o, ATƏT-də özünü 1-ci katib kimi aparır (sovetlərdə olduğu kimi). Bilməlidir ki, Prezident onun haqqında danışmayıb, danışmaz da. Prezident ABŞ-ın ATƏT-dəki səfiri haqda danışıb".

PA rəsmisi yazıb: "Nə üçün fakt axtarır?! Bəlli hadisə üçün fakta ehtiyac yoxdur. Twitterinə baxın... Azərbaycan haqqında yalan, böhtan deməsə, gözünə yuxu getmir. Beynəlxalq hüquq ifadəsi dilini yara edib. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu ifadəni heç vaxt işlətməyib. Belələri haqqında deyirlər... Karvan öz yolu ilə gedəcək".

Trend

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər