Elmar Məmmədyarov Belçikaya səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikası Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir.
Konfrans əsnasında Elmar Mammadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
1news.az
805