Vahe Avetyan Bakını tərk etdi | 1news.az | Xəbərlər
Siyasət

Vahe Avetyan Bakını tərk etdi

11:23 - 10 / 10 / 2016
Vahe Avetyan Bakını tərk etdi

Dünən gözlənilmədən Bakıya gəlmiş erməni hüquq müdafiəçisi Vahe Avetyan Kiyevə yola düşüb.

1news.az xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Son iki gün ərzində mənimlə olan hər kəsə təşəkkür edirəm. İki günə minlərlə məktub aldım.

Sülhə dəstək verən bütün azərbaycanlılara və ermənilərə minnətdaram. Hesab edirsinizsə ki, bir adam azca da olsa tarixi sülh istiqamətində dəyişə bilər, tənbəllik etməyin, yalnız FB istehlakçısı kimi qalmayın. Özünüzün, azacıq da olsa, sülh prosesinə payınızı verin”- deyə, Avetyan yazıb.

Qeyd edək ki, məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyanın dünən gözlənilmədən Bakıya səfər edib. Bakıya qonaq kimi gəldiyini deyən Avetyan səfərinin bir sülh aksiyası olduğunu da söyləyib.

Məlumat üçün bildirək ki, V.Avetyan – siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir, hazırda İsveçdə yaşayır. Bundan başqa, V.Avetyan – Xocalı soyqırımına görə açıq üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər