Mübariz Əhmədoğlu: Sarkisyan ABŞ biznesmenləri qarşısında erməni diasporunun iqtisadi casusluq imkanlarını göstərdi
S.Sarkisyan ABŞ biznesmenləri qarşısında çıxış edərkən Ermənistanın vəziyyətini hədsiz ideal şəkildə təqdim etdi. Dünya İqtisadi Forumunun reytinq cədvəlində Ermənistan 30 və 40-cı yerlər arasındadır. Vergi məcəlləsi bütün tələblərə cavab verir. İnvestisiya cəlbediciliyinə görə ön sıralardadır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənstandakı vəziyyətlə bağlı xəbəri şərh edərkən bildirib:
“Əgər doğrudan da Ermənistan belə vəziyyətdədirsə niyə görə, Ermənistanın xarici borcu 5 milyard dollardan yuxarıdır, ÜDM-nin 50 faizidir. Ermənistanın xarici borcu azalmır, heç yerində də dayanmır, artır. Başqa sözlə, Ermənistan bir tərəfdən xaricdən borc götürür, digər tərəfdən xarici borcuna qulluq edə bilmir; xarici borcun yaratdığı faizləri vaxtında ödəyə bilmir. Əgər S.Sarkisyanın dediyi rəqəmlər düzgündürsə onda niyə 2017-ci ilin dövlət büdcəsi təxminən 200 milyon dollar azalmalıdır. Vergi məcəlləsi Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun diktəsi ilə bir neçə gün öncə qəbul edilib. Çünki yeni Vergi Məcəlləsi qəbul edilməsəydi, Dünya Bankı Ermənistana yeni kredit tranşını ayırmayacaqdı. Görünür, S.Sarkisyan Virtual Ermənistandan danışırmış”.
Politoloq qeyd edib ki, S.Sarkisyanda qarşısında oturana hörmət etmək adlı hissiyyat yoxdur:
“Çünki ABŞ iş adamları bir neçə dəfə Ermənistanda olublar. Ermənistanın iş adamları da dəfələrlə ABŞ-da görüşlər keçiriblər. ABŞ-ın Ermənistandakı keçmiş səfirləri, xüsusilə C.Heffern ABŞ investisiyalarını Ermənistana axını üçün kompaniya aparıblar. Bu mövzuda ABŞ konqresmenləri prezident B.Obamaya müraciət ünvanlayıblar. ABŞ hətta ikiqat vergi tutulmasını ləğv etmədi. ABŞ-ın Ermənistandakı səfiri R.Millz dəfələrlə bəyan edib ki, korrupsiya Ermənistanın dövlət təhlükəsizliyinə təhlükə yaradır. Demək S.Sarkisyan bilir kimin qarşısında hörmətsizlik nümayiş etdirir”.
Ermənistan prezidenti pulu iqtisadiyyata, yoxsa silahlanmaya xərcləyəcəyini bildirmir
“Şimal-Cənub” nəqliyyat layihəsi Ermənistan üçün artıq mifdir: Azərbaycan, Rusiya və İran arasında imzalanmış müqaviləyə görə bu layihənin dəmir yolu marşrutunun Qərb qanadı Azərbaycanın ərazisindən keçəcəkdir. “Şimal-Cənub” nəqliyyat koridorunun avtomobil yolu hissəsi isə Ermənistan üçün ən böyük problemdir: 1 milyard dollara yaxın pul cəlb olunub. Pulların hamısı mənimsənilib, amma yolun cəmi 30 faizi tikilib. Tikilən hissədə də kifayət qədər problemlər var.
S.Sarkisyanın digər arqumenti Ermənistanın AİB-lə ABŞ, İran, Aİ arasında körpü olması ideyasıdır. Amma Ermənistan izah vermir ki, nə üçün ABŞ, Aİ və ya İran AİB ölkələri ilə birbaşa əlaqələrindən istifadə etməməli, Ermənistan vasitəsi ilə iqtisadi əlaqələr qurmalıdırlar. Ermənistanın özünün AİB-lə birbaşa coğrafi təması yoxdur. Qalan bütün dünyanın RF, Qazaxıstan və Belarusa bir deyil, bir neçə çıxışı var.
Digər tərəfdən Qazaxıstan qlobal iqtisadi problemlərin həlli üçün bir neçə vacib təşəbbüsün müəllifidir. N.Nazarbayevin başçılığı ilə bu ölkə beynəlxalq vasitəçiyə çevrilib. Belə Qazaxıstan niyə Ermənistanı vasitəçi seçməlidir?!.
A.Lukaşenkonun hesabına Belarusun Avropanın iqtisadi və geosiyasi həyatındakı rolu baza parametrlərini çox üstələyib. Onun da Ermənistandan ehtiyacı yoxdur.
Hər iki dövlətin RF-lə bir neçə min km coğrafi təması var
S.Sarkisyan erməni diasporunun mövcud olduğu dövlətin iqtisadi həyatında iştirakına dair verdiyi bəyanat həmin ölkələrdəki erməni diasporunun iqtisadi casusluqla məşğul olmasının etirafıdır. Söhbət RF iqtisadiyyatı barədə ABŞ xeyrinə casusluqdan gedir. Digər sahələrdə casusluq da ehtimal olunur.
Hər halda S.Sarkisyan anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanın iqtisadiyyatının çıxış yolu yoxdur. Siyasi maraqları nəzərə alaraq kimsə Ermənistana investisiya qoya bilər.
Ermənistan xalqı Dağlıq Qarabağ problemi həll olunmayana qədər Ermənistana qayıtmayacaq. Zəif və ya iti sürətlə olmasından asılı olmayaraq Ermənistanı tərk etmək məcburiyyətində qalacaq. Ona görə, S.Sarkisyanın ABŞ biznesmenləri qarşısında çıxışını, keçirdiyi tədbirləri özünün insana yaraşmayan keyfiyyətinin nümayişi kimi başa düşmək daha düzgündür. S.Sarkisyan lətifə bazların bazasını gücləndirir.
1news.az