“Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər” - Lavrov | 1news.az | Xəbərlər
Siyasət

“Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər” - Lavrov

20:54 - 14 / 10 / 2016
“Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər” - Lavrov

“Dağlıq Qarabağ münaqişəsinin həllindəki irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas açar rolunu oynaya bilər”.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib:

“Əgər Ermənistan və Türkiyə Qarabağ konflikti ilə bağlı olmayan bütün razılaşmalara əməl etsələr, biz buna ancaq şad olarıq. Lakin düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin həllindəki irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas açar rolunu oynaya bilər”, - deyə S. Lavrov söyləyib.

Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Türkiyə Qarabağ münaqişəsinin həllində müsbət rol oynamağa qadirdir.

1news.az

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər