Milli Məclisin plenar iclası başlayıb
Bu gün Milli Məclisinin plenar iclası başlayıb.
1news.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan MM sədri Oqtay Əsədov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Qeyd edək ki, iclasın gündəliyinə 30 məsələ daxildir. Bunlar “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət qulluğu haqqında”, “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Yol hərəkəti haqqında”, “Dərman vasitələri haqqında” qanunlarına və Mülki Prosessual Məcəlləyə, Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə ediləcək dəyişikliklərdir.
Onu da bildirək ki, Milli Məclisin payız sessiyası dekabrın 30-na kimi davam edəcək.
1news.az