Əlibəylidə mal-qara minaya düşdü | 1news.az | Xəbərlər
Siyasət

Əlibəylidə mal-qara minaya düşdü

19:38 - 16 / 10 / 2016
Əlibəylidə mal-qara minaya düşdü

Tovuzun cəbhə kəndi Əlibəylidə sakinlərin həm iribuynuzlu, həm də xırda buynuzlu heyvanları düşmənin qurduğu tələyə düşüb.

1news.az ARB TV-yə istinadən xəbər verir ki, ötən gün dumanlı-çiskinli havada Fatma Əliyeva inəyi örüşə buraxıb, bir neçə dəqiqə sonra isə güclü partlayış səsi eşidilib.

Mal-qara sahibi heyvanların otladığı əraziyə baxış keçirəndə iribuynuzlunun minaya düşərək məhv olmasına şahidlik edib. Eyni vəziyyət bir neçə gün öncə zərərçəkənin qonşusu Sevil Hüseynovanın da başına gəlib. Kənd sakininin 3 baş iri buynuzlu 10-a yaxın qoyun-quzusu minaya düşüb.

Sakinlər bildirir ki, isti yay günlərində qəsdən yanğınlar törədən ermənilər, otlaq sahələrini yararsız hala salıb. İndi isə mal-qara qida üçün dağlıq əraziyə, düşmənin minalı sahələrinə doğru istiqamət alır ki, bu da sonda heyvanların ölümü ilə nəticələnir.

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər