Rasim Musabəyov: Ermənistandakı acınacaqlı vəziyyəti “İsgəndər”lər də dəyişə bilməz
Milli Məclisin deputatı Rasim Musabəyov Facebook səhifəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik missiyasını ifadə edib.
1news.az həmin fikirləri dəyişiklik olmadan diqqətinizə çatdırır:
“Son günlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində bir-birini inkar edən fikirlər səsləndirilib.
ABŞ-ın dövlət katibi Con Kerri bədbincəsinə bəyan edib ki, bu məsələ ilə bağlı müsbət gözləntiləri yoxdur.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə əksinə, münaqişənin nizamlanmasınn müsbət gedişatını bəyan edərək bildirib ki, tez bir zamanda erməni ordusunun Azərbaycanın işğal olunmuş 5 rayonundan çıxması gözlənilir.
Rusiyada siyasət düşərgəsində yüksəkçinli nümayəndələrin fikirləri bir-birinə ziddiyyət təşkil edir.
Belə ki, Rusiya prezidentinin köməkçisi Uşakov Kerrinin bədbinliyini bölüşərək Qarabağ münaqişəsinin nizamlanmasının yaxın perspektivlərini qeyd edib. Rusiyanın XİN rəhbəri Lavrov isə daha nikbin olaraq Türkiyənin müsbət təsirlərindən bəhs edib.
Bütün bunlardan nə gözləmək olar? İlk növbədə Qarabağ münaqişəsində qeyri-müəyyən vəziyyət yaranıb. Danışıqlar nizamlanma tərəfinə, eləcə də küncə sıxıla bilər. Hadisələrin gedişatına tamamilə Moskva nəzarət edir.
ABŞ və Fransa bütün diqqətini Ukrayna və Suriyaya yönəldib. Üstəlik bu ölkələrdə seçkilər və hökumətin dəyişdirilməsi gözlənilir. Rusiya-Türkiyə münasibətlərinin normallaşması, bu ölkələrin mövqelərinin Suriyada birləşməsi, eləcə də iri enerji layihələrinin həyata keçirilməsində Ankaranın rolu Moskva ilə tərəfdaş olaraq və Cənubi Qafqaza nəzarət məsləsində yüksəldir.
Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlamlanmasını irəli çəkə bilər. İkinci məsələ isə Rusiya Türkiyənin təsirindən istifadə edərək Azərbaycanın müəyyən güzəştlərə getməsindən istifadə edə bilər. Ankara isə Bakı ilə hansı mövzulara toxunmaq olar, hansılara isə toxunmaq olmaz məsələsini çox yaxşı bilir.
Bildiyimiz kimi, Türkiyədə keçirilən enerji konqresində iştirak edək prezident İlham Əliyev Putin və Ərdoğanla görüşüb. Ehtimal edək ki, prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Moskva və digər vasitəçilərin səyləri ilə bağlı xəbərdar edilib.
Ərazi bütövlüyünün pozulmasıyla Azərbaycana göstərilən təzyiq haqqında o, bunların tamamilə qəbuledilməzliyini təsdiq edib.
Əgər beynəlxalq hüquqa uyğun olaraq sülh əldə olunmazsa, bu, dərhal müharibə demək deyil. Lakin ermənilərə qarşı nəqliyyat-kommunikasiya təcrid edilməsi, iqtisadi cəhətdən gerilik, hərbi, diplomatik baxımdan təzyiq davam edəcək.
Ermənistanın demoqrafik, maliyyə-iqtisadi imkanları günbəgün azalır. Bu ölkənin on minlərlə sakini mühacirət edərək, öz torpqalarını tərk edir. Ermənistanın gələnilki büdcə gəlirləri 10% aşağı, hərbi xərcləri isə dörd dəfə çox planlaşdılır.
Ermənistanın dəstək yükü Rusiyanın çiyinlərinə düşür. Qoşunların təmas xəttində gərginlik isə Moskvanın Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı faydalı layihələri üçün risklər törədir. Paradda nümayiş etdirilmiş “İsgəndər”lər də bu reallığı dəyişə bilməz. Belə olan halda Rusiya vasitəçiləri üçün həqiqət anı başlayır”.
Rasim Musabəyov