Avropada aprel döyüşlərindən sonra Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kitab nəşr edilib | 1news.az | Xəbərlər
Siyasət

Avropada aprel döyüşlərindən sonra Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kitab nəşr edilib

16:10 - 17 / 10 / 2016
Avropada aprel döyüşlərindən sonra Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kitab nəşr edilib

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr edilib.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) verilən xəbərə görə, kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1993-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında diqqətə çatdırılır.

Müəllif kitabda Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamla bağlı ayrıca yarımfəsil ayırıb, Ermənistanın hökumət üzvlərinin, xüsusilə prezident Serj Sarkisyanın Xocalı qırğınının iştirakçısı olduğunu faktlar əsasında qeyd edib.

Mixael Raynhard Hess erməni diasporunun Azərbaycana qarşı ərazi iddialarının iştirakçısı olması, eləcə də əslən ABŞ-dan olan və özünü “qisasçı” adlandıran Monte Melkonyanın timsalında erməni diasporunun bəzi üzvlərinin Azərbaycan torpaqlarının işğalı zamanı döyüşlərdə iştirak etmələrini ayrıca yarımfəsil şəklində avropalı oxucuların diqqətinə çatdırır.

Müəllif münaqişənin həlli ilə bağlı apardığı elmi təhlillərində əsaslandırır ki, münaqişənin həllində qaçılmaz ilk şərt Ermənistanın beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmasından ibarətdir. “Azərbaycanın ərazi bütövlüyü bərpa edilmədən münaqişənin həlli çətin ki, mümkün olsun. İşğal edilmiş ərazilərdən qovulmuş insanların vətənə qayıtmaq hüququ təmin olunmalıdır”, - deyə almaniyalı alim vurğulayır.

Müəllif əsərin nəticə hissəsində yazır: “2016-cı ilin aprelindəki dəhşətli hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın cinahında açıq yara olaraq qalır”.

Poliqlot alim M.R.Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı, arxivlərdə olan Azərbaycan, erməni, gürcü, türk, yunan və fars dillərindəki mənbələrdən və KİV materiallarından da istifadə edib.

M.R.Hessin bu kitabı aprel hadisələrindən sonra Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Avropada əcnəbi alim tərəfindən yazılmış ilk kitabdır.

1news.az

Paylaş:
788

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər