Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada qeyd edilib

17:37 - 17 / 10 / 2016
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada qeyd edilib

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində təntənəli şəkildə qeyd edilib.

1news.az-ın verdiyi xəbərə görə, öncə Pert şəhərində yerləşən Dövlət hərbi memorialın qarşısına əklilər qoyuldu. Müstəqillik uğrunda həlak olanların ruhu yad edildi. Veteranlardan ibarət olan hərbi qarovul tədbir iştirakçılarını salamladı. Azərbaycan və Avstraliyanın dövlət himnləri səsləndirildi.

Tədbiri açan Milli Məclislə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins öz çıxışında qonaqları salamlayaraq, qeyd etdi ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etmiş və 1991-ci il dekabrın 26-da Avstraliya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.

Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov çıxışında müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışdı. O, Azərbaycanın siyasi, iqtisadi uğurlarını qeyd edərək, iki ölkə arasında bütün sahələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.

Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan danışdı. Bu uğurların qazanılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasətini xüsusi vurğuladı.

Millət vəkili yığıncaq iştirakçılarına Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək, bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstədiklərini bildirdi. Son dövrdə dünyada baş qaldıran ksenofobiya, irqi ayrıseçkilik, rasizm, antisemitizm və digər təhtidlərdən danışan Səməd Seyidov dedi ki, xalqlar bu çağırışların öhdəsindən gəlmək üçün birləşərək birgə mübarizə aparmalıdırlar. O, xüsusilə vurğuladı ki, multikulturalizm bu gün Azərbaycanda dövlət siyasətidir.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Azərbaycan haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, bu  ölkə öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolu  oynayır. Azərbaycanın tolerantlıq ənənələrindən söz açan Con Hammond bildirdi ki, Odlar diyarında insanlar dinindən,  millətindən asılı olmayaraq əsrlər boyu mehriban, dostluq, əmin-amanlıq şəraitində yaşamışlar.

Sonra Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar təntənəli ziyafət təşkil edildi. Azərbaycandakı tolerantlıq haqqında danışan millət vəkili Asim Mollazadə bu məsələnin bu günkü dünyada çox aktual olduğunu vurğuladı. Onun sözlərinə görə Azərbaycan dünyanın başqa ölkələrinə bu məsələdə nümunə ola bilər.

Tədbirdə çıxış edən Qərbi Avstraliyada Azərbaycanın fəxri konsul Aydan Rzayeva ölkəmizin regionda və dünyada rolundan danışdı. Yığıncaqda Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev və digər rəsmi qonaqlar da iştirak edirdilər.

Ziyafətdə Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjad çıxış etdi, Azərbaycan haqqında öz ürək sözlərini söylədi. Tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusunun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirdilər.

1news.az

Paylaş:
507

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər