Kaliforniyada Azərbaycanı təbrik edən xüsusi bəyanat verilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kaliforniyada Azərbaycanı təbrik edən xüsusi bəyanat verilib – FOTO

09:51 - 17 / 10 / 2016
Kaliforniyada Azərbaycanı təbrik edən xüsusi bəyanat verilib – FOTO

ABŞ Konqresinin Kaliforniya ştatından olan üzvü, konqresmen Loretta Sançez 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar xüsusi təbrik bəyanatı imzalayıb.

1news.az-a Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, bəyanatda bildirilir ki, Azərbaycan 1918-ci ilin 28 may tarixində öz müstəqilliyini elan edərək, demokratik respublika təsis edib, müsəlman dünyasında ilk dünyəvi respublika quran və qadınlara ilk dəfə səsvermə hüququ verən dövlət olaraq tarixə düşüb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, ötən 25 il ərzində azadlığını və suverenliyini möhkəmləndirib, olduqca vacib Cənubi Qafqaz bölgəsində ABŞ-ın strateji müttəfiqinə və ən iri ticarət tərəfdaşına çevrilib. Həmçinin, vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır. Sonda konqresmen qeyd edir ki, Azərbaycan azad və müstəqil dövlət kimi böyük nailiyyətlərə imza atıb.

Qeyd edək ki, 1997-ci ildən Konqresin Nümayəndələr Palatasının Demokratlar Partiyasından üzvü olan L.Sançez, hazırda Kaliforniyadan ABŞ Senatına iki əsas namizəddən biridir.

L.Sançezin təbrikinə onun həmkarı, Kaliforniyadan olan digər konqresmen Xuan Varqas, eləcə də Kaliforniya Ştat Senatının senatoru Ben Allen və Kaliforniya Ştat Assambleyasının üzvü Riçard Blum da qoşulublar. Belə ki, sözügedən qanunvericilər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnamələri göndərərək, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına arzularını çatdırıblar.   

1news.az

Paylaş:
813

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər