Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

23:03 - 17 / 10 / 2016
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Oktyabrın 17-dən 20-dək Brindizi şəhərində (İtaliya) Amfibiya Qüvvələri üzrə ekspert görüşü, oktyabrın 17-dən 21-dək Latina şəhərində (İtaliya) maddi-texniki təminat sahəsində məruzələr üzrə təməl kursu keçiriliəcək.

1news.az xəbər verir ki, oktyabrın 17-dən 21-dək Skopye şəhərində (Makedoniya) NATO tərəfdaşlarının arxa cəbhə ekspertlərinin daimi qrupunun görüşü, oktyabrın 17-dən 23-dək Zemyanske Kostolani şəhərində (Slovakiya) “İlkin kütləvi qırğın silahları ilə mübarizə” kursu, oktyabrın 17-dən 27-dək Kaunas şəhərində (Litva) qərargah tibb zabitləri üçün təməl kursu, oktyabrın 17-dən 28-dək Vişkov şəhərində (Çexiya) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

1news.az

 

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər