“Əl-Fəcr” qəzetində azərbaycanlı səfirin məqaləsi dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

“Əl-Fəcr” qəzetində azərbaycanlı səfirin məqaləsi dərc olunub

11:14 - 17 / 10 / 2016
“Əl-Fəcr” qəzetində azərbaycanlı səfirin məqaləsi dərc olunub

BƏƏ-də tanınmış “Əl-Fəcr” qəzetində səfir  Daşqın Şikarovun “Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə bərpa etdiyi müstəqilliyin 25 illiyini qeyd edir” başlıqlı məqaləsi dərc olunub.

1news.az-a səfirlikdən verilən xəbərə görə,  məqaləsində səfir  sovet nəhənginin süqutundan illər öncə Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini bərpa etməyə səy göstərdiyini və bu ali amal uğrunda mübarizə apardığını oxucuların diqqətinə çatdırıb. Bu mübarizənin nəticəsi olaraq, 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini qabardıb.

Sovet İttifaqının parçalanmasının Azərbaycan üçün böyük fəsadlarından bəhs edən səfir  D.Şikarov xüsusən də 15 may 1992-ci ildə dövlət çevrilişi hesabına hakimiyyəti zəbt edən şəxslərin səriştəsizliyi nəticəsində xarici hərbi təcavüzün, etnik təmizləmənin və cənubda separatizm meyllərinin ölkənin taleyini sual altına qoyduğunu və xalqın günəşli sabaha inamını yox etdiyini vurğulayaraq, bu cür ağır vəziyyətin xalqın təkidli nicat tələbi ilə sadiq oğlu Heydər Əliyevə üz tutmasına qədər davam etdiyini önə çəkib. Qeyd edib ki, Heydər Əliyev həyatının bahasına xalqın davamlı tələbini qəbul edib və Azərbaycan xalqının qurtuluş günü hesab etdiyi 15 iyun 1993-cü ildə ölkədə siyasi hakimiyyəti öz üzərinə götürməyə razılığını verib.

Səfir  ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründəki nailiyyətlərdən ətraflı yazdığı zaman ümummilli liderin 1994-cü ildə beynəlxalq transmilli şirkətlərlə “Əsrin müqaviləsi”ni imzalamaqla milli iqtisadiyyata on milyard dollarla ölçülən investisiyaların axını təmin etdiyini və bunun da öz növbəsində, ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların köməyi ilə dövlət müəssisələrinin yenidən qurulmasına və yekun etibarı ilə, xalqın rifah halının yaxşılaşdırılmasına səbəb olduğunu xüsusilə qeyd edib. Eyni zamanda, yeni və müasir Azərbaycanın qurulması naminə inadlı və yorulmaz fəaliyyətindən sonra Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” kəlamına diqqət çəkib.

Beynəlxalq əlaqələrə gəlincə, səfir  ümummilli lider Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətindən yazıb, ulu öndərin 1994-cü ildə baş tutmuş o vaxtkı İKT-in Kasablanka zirvə toplantısı çərçivəsində ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələr sırasında yer alan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla tarixi görüşünün Azərbaycan və Ərəb Əmirlikləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin gələcək istiqamətini müəyyən etdiyini oxucuların nəzərinə çatdırıb.  

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründən söhbət açan səfir  D.Şikarov 2004-cü ildən dövlət başçısı vəzifəsini icra edən Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu kursu uğurla davam etdirdiyini önə çəkərək, həmin ildən bəri ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. Vurğulayıb ki, ümummilli liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, eləcə də beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da öz növbəsində, dövlət müstəqilliyinin güclü təməl üzərində qurulduğuna dəlalət edir.   

Əlavə olaraq, səfir  D.Şikarov Prezident İlham Əliyevin öz müdrikliyi və düşünülmüş siyasəti hesabına bu gün dünyanın Azərbaycanda iri beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin şahidi olduğunu məqalədə əks etdirib.

Daha sonra səfir dövlətimizin humanitar, mədəniyyət, idman və incəsənət sahələrində də böyük uğurlara nail olduğunu yazıb, respublikamızın dünyada tolerant və digərinə yardım əlini uzatmaq kimi humanitar ənənələrə malik çoxmədəniyyətli ölkə imicini qazandığını, son 4 il ərzində ölkəmizin “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula 1 yarışı kimi beynəlxalq nüfuzlu müsabiqə və yarışlara ev sahibliyi etdiyini və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyini yada salıb və sadalan sahələrdə yüksək imicin qazanılmasındakı xidmətin böyük payının Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurduğu Heydər Əliyev Fondunun üzərinə düşdüyünü xüsusilə qeyd edib.

Məqalənin yekununda dövlətimizin son 25 il müddətində qarşısında duran bütün çətinlik və məşəqqətləri qət etdiyi, öz müstəqilliyini qoruyub saxlamağa və yetişən nəsilləri ümidli gələcəklə təmin etməyə müyəssər olduğu və bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa və möhkəmləndirməyə müvəffəq olduğu əks edilib.

1news.az

Paylaş:
602

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər