Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır

13:36 - 18 / 10 / 2016
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır

Növbəti prezident seçkilərində iştirak edib-etməməyim barədə danışmaq hələ tezdir və Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır.

1news.az-ın verdiyi məlumatına əsasən, bu haqda Azərbaycan Prezidenti llham Əliyev RİA Novosti-yə müsahibəsində bildirib.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilib.

Əsas qanuna düzəlişlər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırmağı, vitse-prezident vəzifələrinin tətbiq edilməsini və həmçinin prezidentliyə və deputatlığa namizədlik üçün tələb olunan yaş hüdudunun aşağı endirilməsini nəzərdə tutur.

Seçicilərin 25%-dən çoxunun referendumda iştirak etdiyi üçün o baş tutmuş hesab edilir.

Exit poll-un nəticələrinə əsasən, bütün dəyişiklikləri seçicilərin 88,5% dəstəkləyib. Referendumdan sonra mütəxəssislər onun nəticələrinin növbədənkənar prezident seçkilərinin keçirilməsinə əsas ola biləcəyi haqda fikir irəli sürmüşdülər.

“Bizim prezident seçkilərinin tarixini deyişmək kimi fikrimiz yoxdur. Mən Azərbaycanda və ölkənin xaricində nə danışıldığından xəbərdaram. Belə plan yoxdur, bunda zərurət görmürəm. Mənim prezident seçkilərində iştirak edib-etməməyimə gəldikdə isə, növbəti seçkilər 2 ildən sonradır. Hansısa fikir və ya qərar yürütmək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün də olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki bu etimadı doğrultmağa çalışacam”, - deyə Prezident İlham Əliyev “Rossiya seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, ötən referendum bir neçə amil baxımından göstərici olub.

“İlk olaraq, 2016-cı il Azərbaycan üçün iqtisadi baxımdan ən çətin il oldu. 2016-cı ili yaxşı göstəricilərlə geridə qoyduğumuza baxmayaraq, ötən illərlə müqayisədə bu ən mürəkkəb ildir. Və bu il biz Azərbaycan əhalisinin əksəriyyəti tərəfindən dəstəklənən referendum keçirtdik”, - deyə dövlət başçısı davam edib.

Prezident vurğulayıb ki, hətta Azərbaycanın tənqidçiləri referendumun gedişatında hansısa bir pozuntu və saxtakarlıq tapa bilməyiblər.

“Hətta, bizi həmişə tənqid edən AŞPA kimi təşkilat, bu referndumu müşahidə etdilər və, bütün standartlara cavab verən, düzgün və şəffaf, maksimal müsbət rəy bildirdilər. Ümumi olaraq 20-dən çox şikayət olub. Bu da bizim açıq demokraik proses həyata keçirdiyimizin daha bir nümunəsidir. Və, əlbəttə ki, əsas odur ki, bu referendumda 29 çox vacib məsələ var idi və bu hökümətə etimad votumu idi. Buna görə mən Azərbaycan vətəndaşlarına minnətdaram. Bu insanı daha çox ruhlandırır və doğru yolda olduğumuzu göstərir. Biz bu yol ilə davam edəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər