Elmar Məmmədyarov Maldivin XİN rəhbəri ilə görüşüb
İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldiv Respublikasının xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etdilər.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi apardılar.
Görüşdə tərəf müqabilləri eləcə də İƏT-in xarici işlər nazirləri şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə söhbət apardılar.
1news.az