Elmar Məmmədyarov: “Azərbaycan birmənalı şəkildə terrorun bütün forma və təzahürlərini pisləyir” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Azərbaycan birmənalı şəkildə terrorun bütün forma və təzahürlərini pisləyir”

17:47 - 18 / 10 / 2016
Elmar Məmmədyarov: “Azərbaycan birmənalı şəkildə terrorun bütün forma və təzahürlərini pisləyir”

Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, İslamofobiya meyllərinin kökünü kəsə bilən əsas qüvvələrdir.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Daşkənddə keçirilən 43-cü Sessiyasında çıxışı zamanı deyib.

Dünyada baş verən silahlı və dini qarşıdurmalara, terror aktlarına, qaçqın və köçkün probleminə diqqət çəkən E.Məmmədyarov dünyada savadsızlıq və cəhalətin artması probleminə də toxunub:

“Silahlı münaqişələr, terror aktları, qaçqın və miqrant böhranı, bəzi ölkələrdə dağıdıcı humanitar vəziyyət, din haqqında geniş yayılmış təhriflər və sülh və təhlükəsizlik üçün bir çox digər əngəllər qeyri-möhkəm və kövrək dünyamızda mövcud olmaqda davam edir. Çox təəssüf ki, hazırda bir sıra İƏT Üzv Dövlətləri yuxarıda qeyd olunan problemlər ilə üz-üzədir.

Bugünkü sessiya bu problemlərin mövcudluğunun əsas səbəblərindən birinə - müasir dünyamızda sürətlə güclənən savadsızlıq və cəhalətin artması probleminə müraciət etmək üçün əlverişli fürsət yaradır. Sessiyamızın “Təhsil və Maarifçilik - Sülh və Yaradıcılığa aparan Yol” adlı şüarı sanki bizə xatırladır ki, dünyamızın üzləşdiyi problemlər ilə mübarizədə uğur qazanmaq üçün açar təhsildədir. Təhsil hər bir fərdin, ailənin, icmanın, ölkənin və dünyamızın davamlı inkişafı üçün başlıca hərəkətverici qüvvə, həmçinin zəmanətdir.

Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, İslamofobiya meyllərinin kökünü kəsə, ekstremizmi dəf edə, tolerantlıq mədəniyyətini təşviq edə və müxtəlif mədəniyyətlər, dinlər və millətləri təmsil edən insanların dinc yanaşı yaşaması üçün əlverişli zəmin yarada bilən əsas qüvvələrdir. Təhsil bəşəriyyətə rifah və firavanlıq gətirir”. 

Ölkəmizdə gedən iqtisadi inkişaf, aparılan islahatlar barədə məlumat verən nazir bildirib ki, Azərbaycan mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib:

“Fəxrlə sizə bildirirəm ki, Azərbaycan sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə əldə olunduğuna inanan bir ölkə kimi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu möhkəmləndirən beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Keçən ay biz bütün bəşəriyyəti maraqlandıran çoxsaylı qlobal məsələlərə dair panellərlə birgə aralarında Nobel mükafatı laureatları olan məhşur qonaqların iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etmişik. Bundan əlavə, Azərbaycan İslam həmrəyliyini gücləndirmək üçün daim ön sıralarda səy göstərən ölkə kimi gələn il Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə layiq görülüb”.

İslam dininin dünya sivilizasiyasına verdiyi töhfələrdən danışan E.Məmmədyarovun sözlərinə görə, tarixin ilk dövrlərindən etibarən müsəlman alimlər astronomiya, fizika, riyaziyyat, tibb, memarlıq kimi müxtəlif sahələrdə hədsiz uğurlar qazanıblar.

Buna baxmayaraq İslamın gətirdiyi yeniliklər və müsbət təsirləri inkar edərək, beynəlxalq ictimaiyyətin İslamofobiya problemini münasib və effektiv şəkildə həll etməkdə aciz qaldığını təəssüf hissi ilə qeyd edən nazir bu qəbuledilməz meylin tezlik və bədnamlığının artmasının qarşısını almaq üçün İuslam dövlətlərindən səylərini əsirgəməməyə çağırıb:

“Bu xüsusda, biz İslamofobiya fenomeni ilə mübarizə aparmaq üçün İƏT tərəfindən görülən işləri təqdir edirik və bu təhlükənin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizi daha da gücləndirməyə çağırırıq.

Biz, hamımız etiraf edirik ki, İslamofobiyanın ortaya çıxmasına töhfə verən ilkin səbəb və faktorlardan biri şübhəsiz ki, zorakı ekstremizm və terrorizmdir. Bu təhlükənin aradan qaldırılmasına yönəlik beynəlxalq əməkdaşlığın gücləndirilməsinə ehtiyac güclü olaraq qalır. Terrordan irəli gələn təhlükə və çağırışların qarşısını səmərəli almaq, eləcə də onun yalnız bununla məhdudlaşmayan əsas səbəblərini- həlli uzanmış hərbi münaqişələr, savadsızlıq və sosial təcridetməni aradan qaldırmaq üçün bütün lazımi tədbirlərin görülməsi zəruridir. 

Yalnız həmrəyliklə birgə və ikiqat səylərimiz günahsız insanların həyatlarını tələf etməkdə davam edən bu qeyri-insani əməlləri aradan qaldıra və qarşısını ala bilər. Azərbaycan güclü və birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi - kimə qarşı və harada, eləcə də nə məqsədlə törədilməsindən asılı olmayaraq terrorun bütün forma və təzahürlərini pisləyir”.

E.Məmmədyarov Azərbaycanın Fələstin xalqına dəstəyini bir daha vurğulayıb:

“Mən bir daha Azərbaycanın qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və müstəqil dövlətin yaradılmasında apardıqları mübarizədə tam dəstəyini qeyd etmək istəyirəm. Azərbaycan İsrail-Fələstin münaqişəsinin həllində bu müqəddəs torpaqlarda uzun zamandır gözlənilən, hərtərəfli, uzunmüddətli və yalnız sülh, təhlükəsizlik və davamlı inkişafın əldə edilməsinin yeganə təminatı olan iki dövlət həllinə tərəfdardır. Biz, Fələstin xalqının dəstəklənməsi və amalına xidmət edən İƏT-in gördüyü işləri yüksək səviyyədə təqdir edirik”.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT Kontakt qrupunun yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edib:

“Hər birinizə yaxşı məlum olduğu kimi, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə məhəl qoymadan və beynəlxalq hüququ kobudcasına pozmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesində destruktiv mövqe tutmaqda davam edir. 

Azərbaycan bir daha Ermənistanın təcavüzünü və işğal olunmuş ərazilərdə bədnam etnik təmizləmə ilə Azərbaycan torpaqlarının işğalının qınanılmasında daimi prinsipial mövqeyinə görə İƏT baş katibinə və üzv dövlətlərə öz səmimi təşəkkürünü çatdırır.

Biz, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Kontakt qrupunun yaradılmasını yüksək qiymətləndiririk. İnanırıq ki, bu Kontakt qrupunun işi müvafiq İƏT və BMT qətnamələrinin həyata keçirilməsinə töhfə verəcək və bu istiqamətdə fərdi və birgə səylərinin uyğunlaşdırılmasına köməklik göstərəcək”.

1news.az

Paylaş:
383

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər