Zakir Həsənov Çexiyanın hərbi təyinatlı şirkətlərini ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Çexiyanın hərbi təyinatlı şirkətlərini ziyarət edib

20:50 - 18 / 10 / 2016
Zakir Həsənov Çexiyanın hərbi təyinatlı şirkətlərini ziyarət edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan "ERA" və "AERO Vodochody" şirkətlərini ziyarət edib.

Bu haqda 1news.az Müdafiə Nazirliyinə istinadla xəbər verir.                                           

Müdafiə nazirinə hər iki şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.

1news.az

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər