Müstəqilliyimiz 25 yaşında
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il ötür.
1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsində Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir.
Qeyd edək ki, Prezident İlham Əliyev dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında sərəncam imzalayıb.
1news.az