Düşmən atəşkəs rejimini 4 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən atəşkəs rejimini 4 dəfə pozub

09:58 - 18 / 10 / 2016
Düşmən atəşkəs rejimini 4 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 4 dəfə pozub.

İşğal altında olan Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1news.az

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər