ABŞ-da 18 Oktyabr – Azərbaycanın Müstəqilliyi Günü elan edilib – FOTO
ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok 18 oktyabr tarixini Montana ştatında Azərbaycanın Müstəqilliyi Günü elan edib.
1news.az-a konsulluqdan verilən xəbərə görə, qubernator bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanladığı xüsusi təbriknamədə bildirib.
S.Bullok, Azərbaycanın müstəqilliyinin və azadlığının bərpası və qorunub-saxlanılması yolunda Azərbaycan xalqının göstərdiyi əzmkarlığı alqışladığını vurğulayıb. Qubernor, son 25 ildə Azərbaycan Respublikasının müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh içərisində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edib. Sonda qubernator, 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq, ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb.
ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval da azərbaycanlıları təbrik edib. Belə ki, qubernator B.Sandoval Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnaməsi göndərərək , Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xoş arzularını çatdırıb.
1news.az