Müdafiə naziri Çexiyaya gedib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri Çexiyaya gedib

12:23 - 18 / 10 / 2016
Müdafiə naziri Çexiyaya gedib

Müdafiə naziri Zakir Həsənov Çexiyanın müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib.

1news.az-ın məlumatına görə, Z.Həsənov “Gələcək Qüvvələr Forumu 2016”da iştirak edəcək.

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

Tədbir çərçivəsində müdafiə naziri Z.Həsənov Çexiya Respublikasının müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər