Zakir Həsənov Çexiyada keçirilən hərbi sərgidə olub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Çexiyada keçirilən hərbi sərgidə olub – FOTO

21:46 - 19 / 10 / 2016
Zakir Həsənov Çexiyada keçirilən hərbi sərgidə olub – FOTO

Müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyaya səfəri çərçivəsində “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016” da iştirak edir.

1news.az-ın məlumatına görə, sərgi Çexiyanın müdafiə, daxili işlər, xarici işlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir.

Qeyd edək ki, 60 ölkədən 1200-dən artıq nümayəndənin iştirak etdiyi sərgidə Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin hərbi təyinatlı məhsulları nümayiş etdirilir.

Sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti həmin şirkətlərin istehsal etdiyi məhsullar ilə tanış edilərək onların təyinatları barədə ətraflı məlumatlandırılıb.

1news.az

Paylaş:
677

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər