Bern Universitetində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı konfrans keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bern Universitetində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı konfrans keçirilib – FOTO

15:11 - 20 / 10 / 2016
Bern Universitetində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı konfrans keçirilib – FOTO

Bern Universitetində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, professor Deniz Brül-Mozerin moderatorluğu ilə keçirilmiş konfransda Boxum Sülh və Hərbi Münaqişə üzrə Beynəlxalq Hüquq İnstitutunun professoru Hans-Yohan Hayntse, İstanbul Koç Universitetinin Qlobal Ümumi Hüquq Mərkəzindən Dr. Valentina Azarova, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində sözügedən iş üzrə üçüncü tərəf qismində Azərbaycanın maraqlarını təmsil edən Avstriyanın “Lansky, Ganzger und Partner” hüquq şirkətinin rəhbəri Dr. Qabriel Lanski, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və “Mergen Consulting” şirkətinin rəhbəri Rəhmi Doğan məruzə ilə çıxış ediblər.

Məruzəçilər ilk öncə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və hüquqi aspektlərinə diqqəti cəlb etmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin öz müqəddəratlarını nə üçün məhz Azərbaycan daxilində təyin etməli olduqlarını əsaslandırmış, daha sonra konkret məhkəmə işi ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin təqdim etdiyi dəlil və faktları və onlara Məhkəmənin verdiyi qiyməti və nəhayət, bununla bağlı çıxardığı qərarı təhlil etmişlər.

Bir daha vurğulanmışdır ki, Məhkəmə təcavüz aktını bilavasitə dəyərləndirmək niyyətində olmasa da, münaqişənin tərəfi kimi ən başlanğıcdan məhz Ermənistanın olduğunu öz qənaətləri ilə təsbit edib. Bundan irəli gələrək, məruzəçilər Ermənistan-Azərbaycan münaqişəsində məhz hərbi işğal faktının baş verdiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq etmişlər.

İsveçrənin elmi və siyasi dairələrinin, o cümlədən federal hakimiyyət qurumlarının, Berndə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, eləcə də İsveçrə universitetlərinin tələbələrinin qatıldığı konfrans interaktiv şəkildə davam edib.

1news.az

Paylaş:
701

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər