Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

16:43 - 20 / 10 / 2016
Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi, polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçiriblər.

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazisində monitorinqin keçirilməsini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və YSPQ-in nümayəndəsi, mayor Kristian Xirş təmin ediblər.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər