ATƏT-in Berlindəki konfransında Azərbaycan multikulturalizmindən bəhs edilib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in Berlindəki konfransında Azərbaycan multikulturalizmindən bəhs edilib

15:24 - 21 / 10 / 2016
ATƏT-in Berlindəki konfransında Azərbaycan multikulturalizmindən bəhs edilib

Berlində Almaniyanın ATƏT-ə 2016-cı ildəki sədrliyi çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyində “Tolerantlıq və müxtəliflik” mövzusunda konfrans keçirilib.

Konfransda ölkəmizi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov təmsil edib.

Konfransa sədrlik edən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxış edərək bildirib ki, tolerantlıq və müxtəliflik hazırda baş verən sosial, siyasi parçalanmaların qarşısını ala biləcək məfhumdur, onların dünyada təşviqi çox vacibdir.

Konfransın “Müxtəliflik və tolerantlıq üçün təhsil: ümumi cəhətlərin dəstəklənməsi və ayrı-seçkiliyə qarşı mübarizə” adlı sessiyasında çıxış edən Etibar Nəcəfov deyib: “Müasir dövrdə bir çox ölkələrdə, xüsusilə Avropada qaçqın böhranının dərinləşməsi ksenofobiyanın, islamofobiyanın, ayrı-seçkiliyin artması ilə müşahidə olunur. Ermənistanın ölkəmizin torpaqlarının 20 faizini işğal etməsi və Ermənistandakı azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından çıxarılması Azərbaycan əhalisinin də hər doqquz nəfərdən birini qaçqın və məcburi köçkünə çevirib. Buna baxmayaraq, Azərbaycanda bu gün tolerantlıq ən yüksək səviyyədə qorunur, multikulturalizm həyat tərzi və dövlət siyasəti kimi təşviq olunur. Bunun nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib və qəbul edilən xüsusi tədbirlər planı uğurla icra olunmaqdadır”.

Sonra E.Nəcəfov təhsil vasitəsilə tolerantlığın təşviq olunmasının vacibliyi haqda danışıb və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrdə təhsil məsələsinin xüsusi önəm daşıdığını vurğulayıb. “Azərbaycan multikulturalizmi” fənninin təkcə ölkə daxilində deyil, böyük əksəriyyəti Avropada yerləşən iyirmidən artıq xarici universitetdə tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycanın bu təşəbbüsü konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC

Paylaş:
639

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər