General Aydəmirov: “Ermənilər, vəziyyəti gərginləşdirəcəkləri təqdirdə, ağır nəticələnək zərbə alacaqlar”
Erməni KİV-ləri yaydığı, guya dünən baş verən “Azərbaycan Silahlı Qüvvələrinin diversiyası”, həqiqətə uyğun deyil.
Bu haqda 1news.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Onun sözlərinə görə, Azərbaycan münqaişənin sül yolu ilə həlli tərəfdarı olduğu üçün, bu addıma getmir və məhz buna görə ölkəmiz cari ili aprel ayında hərbi əməliyyatları dayandırıb.
“Ermənistanın Müdafiə Naziriliyi qəsdən vəziyyəti gərginləşdirərək situasiyanı ağırlaşdırmaq istəyir.Əgər vəziyyət gərginləşməyə davam etsə Azərbaycan tərəfi buna səssiz qalmayacaq. Bu təqdirdə, ermənilər ağır nəticələrə gətirəcək zərbə alacaqlar. Azərbaycanın Silahlı Qüvvələri onların mövqelərinə aprel döyüşlərindəkindən qat-qat güclü zərbələr endirəcək”, - deyə general-leytenant davam edib.
Y.Aydəmirov, rəhbərliyin dəyişməsindən sonra Ermənistanln Silahlı Qüvvələrində heç nəyin dəyişmədiyini əlavə edib.
“Onlar uzun müddət daxili çəkişmələr aparırıdılar, əvvəlcə əsas idarə rəislərini işdən azad etdilər, maddi-texniki təminatlarında ciddi problemlər var idi. Gördülər ki, heç bir fərq yoxdur, rəhbərliyi dəyişdirdilər”, - deyə mütəxəssis qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bəyanatla çıxış edərək, erməni tərəfin, guya, ölkəmizin Silahlı Qüvvələrinin oktyabrın 20 cəbhədə diversiya-kəşfiyyt əməliyyatı həyata keçirməyə cəhd etdiyini, lakin itki verərək geri çəkildiyi haqda məlumatının həqiqətə uyğun olmadığını bildirib.
“Bəyan edirik ki, bizim bölmələrimiz diversiya-kəşfiyyat fəaliyyəti aparmayıb və heç bir itki verməyib. Hal-hazırda cəbhə xətti boyu əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Düşmən tərəfin təxribatının qarşısını almaq üçün alınacaq tədbirlər daha qətiyyətli və sərt olacaq”, - bəyanatda qeyd edilir.
1news.az