SAM-ın direktoru Soçiyə səfər edəcək
24-27 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov “Валдай” Beynəlxalq Müzakirə Klubunun İnkişaf və Dəstək Fondu tərəfindən keçiriləcək “Gələcək bu gün başlayır: sabahkı dünyanın hüdudları” mövzusunda olan konfransda iştirak etmək üçün Soçi şəhərinə (Rusiya Federasiyası) səfər edəcək.
1news.az-a SAM-dan verilən xəbərə görə, konfransda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və digər dövlət qurumlarının rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, “Валдай” Beynəlxalq Müzakirə Klubu 2004-cü ildə təsis olunmuşdur. Fəaliyyətdə olduğu müddət ərzində rusiyalı alimlərin, siyasətçilərin və dövlət nümayəndələrinin nüfuzlu dünya ekspertləri ilə müzakirələr meydanına çevrilib.
1news.az