Venesuela prezidenti: “Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində dəstəyimizə arxalana bilər” | 1news.az | Xəbərlər
Siyasət

Venesuela prezidenti: “Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində dəstəyimizə arxalana bilər”

18:02 - 22 / 10 / 2016
Venesuela prezidenti: “Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində dəstəyimizə arxalana bilər”

“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər”.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatında bildirib.

Prezident qeyd edib ki, onlar Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq hüququn tətbiq olunması üçün əllərindən gələni edəcəklər:

“Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur".

Prezident Nikolas Maduro iqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldiklərini bəyan edib. O, həmçinin yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Fariasın ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcəyini açıqlayıb:

“Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər”, - deyə bildirib.

Qeyd edək ki, iki dövlət başçısı arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.

1news.az

Paylaş:
662

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər