Azərbaycanlı səfir etimadnaməsini Malta prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı səfir etimadnaməsini Malta prezidentinə təqdim edib

14:45 - 24 / 10 / 2016
Azərbaycanlı səfir etimadnaməsini Malta prezidentinə təqdim edib

Azərbaycan Respublikasının iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Malta Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, M.Əhmədzadə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Malta prezidentinə salamlarını və xoş arzularını çatdırdı, son illərdə iki ölkə arasında əlaqələrin inkişafında müşahidə olunan intensivliyi qeyd etdi, əlaqələrin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirdi.

Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka onun salamlarını və xoş arzularını azərbaycanlı həmkarına çatdırmağı xahiş etdi, Maltanın Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini, bu xüsusda son dövrdə Maltadan Azərbaycana çoxsaylı yüksək səfərlərin həyata keçirildiyini dedi. Prezident Mari-Luiz Koleyro Preka cari ilin aprel ayında Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri və səfər vaxtı Prezident İlham Əliyevlə görüşü ilə bağlı xoş təəssüratlarını bölüşdü.

Görüşdə müxtəlif sahələrdə əlaqələrin inkişafı perspektivləri, 2017-ci ilin birinci yarısında Malta Respublikasının Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına verə biləcəyi töhfə, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.

M.Əhmədzadə bu ölkənin xarici işlər naziri Corc Vella, Malta Parlamentinin sədri Ancelo Farruca, parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Luçano Busuttil, Azərbaycanla parlamentlərası dostluq qrupunun rəhbəri Kris Acus və digər parlament üzvləri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

1news.az

Paylaş:
616

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər