Xorvatiya Prezidenti ADA Universitetində olub | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiya Prezidenti ADA Universitetində olub

19:18 - 24 / 10 / 2016
Xorvatiya Prezidenti ADA Universitetində olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də ADA Universitetində olub.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Prezident Kolinda Qrabar-Kitaroviçi universitetdə görməkdən məmnun olduğunu deyib.

Ölkələrimiz arasında təhsil sahəsində əlaqələrə toxunan Hafiz Paşayev ADAUniversitetinin Zaqreb Universiteti və Xorvatiyanın Diplomatik Akademiyası ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, ADAUniversitetində xorvatiyalı tələbələr Xəzər hövzəsi və enerji araşdırmaları üzrə yay məktəbində iştirak ediblər.

Rektor Hafiz Paşayev Prezident Kolinda Qrabar-Kitaroviçin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edib.

Daha sonra ADAUniversitetinin rektoru Xorvatiyanın dövlət başçısının həyat və fəaliyyəti barədə məlumat verərək, onun hazırda fəlsəfə doktoru kimi araşdırmalarla da məşğul olduğunu diqqətə çatdırıb.

Prezident Kolinda Qrabar-Kitaroviç tələbələr qarşısında mühazirə ilə çıxış edərək Azərbaycan-Xorvatiya əlaqələrindən, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan danışıb. Bildirib ki, Xorvatiya Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətləri yüksək qiymətləndirir.

Dövlət başçısı qeyd edib ki, Xorvatiya Azərbaycanı Xəzər və Qafqaz regionlarında dostu və strateji tərəfdaşı hesab edir. Həm Xorvatiya, həm Azərbaycan öz regionlarında sabitliyin və əməkdaşlığın inkişafının qarantıdır. Ölkələrimizin beynəlxalq arenada mühüm rol oynadıqlarını deyən xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialin olduğunu bildirib. Xorvatiya Prezidenti Azərbaycan ilə gəmiqayırma sahəsində əməkdaşlığı yüksək qiymətləndirib, bu münasibətlərin gələcəkdə daha intensiv xarakter alacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünə toxunan Xorvatiya dövlətinin başçısı ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinin, regional məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi yollarının müzakirə olunduğunu vurğulayıb.

Xorvatiya Prezidenti Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı mühüm körpü rolunu yüksək qiymətləndirib, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən danışıb.

Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verdiyini söyləyib, ölkəmizin liderlik etdiyi bir sıra irimiqyaslı enerji layihələrinə toxunub. O, TANAP, “Cənub” qaz dəhlizi kimi dünya əhəmiyyətli layihələrdən söhbət açıb.

Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın xarici siyasətindən, reallaşdırdığı layihələrdən də bəhs edib. O, qloballaşan dünyada əməkdaşlığın genişləndirilməsinin, enerji və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda Xorvatiya Prezidenti tələbələrin suallarını cavablandırılıb.

AZƏRTAC

Paylaş:
812

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər