Bakıda NATO-nun təlim kursu keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun təlim kursu keçirilir

20:12 - 24 / 10 / 2016
Bakıda NATO-nun təlim kursu keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir.

Bu haqda 1news.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.

1news.az

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər