Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə İsveçrədə poçt markası buraxılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə İsveçrədə poçt markası buraxılıb

15:47 - 25 / 10 / 2016
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə İsveçrədə poçt markası buraxılıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə İsveçrədə poçt markası buraxılıb.

Azərbaycan səfirliyinin məlumatına görə, bu barədə razılaşma səfirliklə İsveçrənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti arasında əldə edilib.

Qeyri-kommersiya məqsədilə buraxılan poçt markaları səfirlik tərəfindən istifadə edilməklə yanaşı, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki törəmə qurumlarına, eləcə də diaspor təşkilatlarımıza göndəriləcək.

AZƏRTAC

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər