Azərbaycan Dünya Bankının hazırladığı hesabatda 65-ci yerdədir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Dünya Bankının hazırladığı hesabatda 65-ci yerdədir

19:11 - 26 / 10 / 2016
Azərbaycan Dünya Bankının hazırladığı hesabatda 65-ci yerdədir

Azərbaycan 2015-2016-cı illər üzrə hesabatın 3 və daha çox indikatoru üzrə ən inkişaf etmiş 29 ölkələrdən biri kimi təsvir edilib.

Sənəddə qeyd olunur ki, Azərbaycanın vergi ödənişləri və xarici ticarətin aparılması indikatorları üzrə reytinqi qaldırılıb. İdxal və ixrac bəyannamələrinin təqdim edilməsi üçün elektron sistemin istifadəyə verilməsi, xarici ticarətin aparılması indikatoruna əhəmiyyətli müsbət təsir edib. Biznesə başlama indikatoru üzrə də yüksək reytinq qorunub. 

1news.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi verilən xəbərə görə,  “Doing Business” Hesabatı Dünya Bankı Qrupu tərəfindən hazırlanır və 10 indikator üzrə 190 ölkənin qiymətləndirilməsi məqsədini daşıyır.

Cari il ərzində Azərbaycanda bir sıra islahat tədbirləri geniş spektrdə həyata keçirilib və bu səbəbdən “Doing Business” Hesabatının 10 indikatoru aparılmış islahatları tam əhatə etmir. Eyni zamanda, bu hesabatda nəzərə alınan islahat tədbirləri yalnız cari ilin may ayına qədər aparılan islahatlardır.

15 iyul 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə Komissiya və Komissiyanın Katibliyinin yaradılması haqqında sərəncam imzalayıbr.

Yaradılmış Komissiya və Komissiyanın Katibliyinin apardığı iş nəticəsində növbəti ildə Azərbaycanın “Doing Business” hesabatında mövqeyinin daha da yaxşılaşdırılması gözlənilir. Ümumiyyətlə, Azərbaycanda biznes mühitin yaxşılaşdırılması üzrə aparılan islahatlar davamlı xarakter daşıyır və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

1news.az

Paylaş:
492

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər